Özbəkistan prezidenti Bakıya gəlir

Özbəkistan prezidenti Bakıya gəlir

Şavkat Mirziyoyev yaxın vaxtlarda Azərbaycana səfər edəcək. 

Bakucity.az xəbər verir ki, bu məlumatı Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistan baş nazirinin müavini Yelor Qəniyevlə Daşkənddə görüşü zamanı verib. 

“Biz Özbəkistan prezidentinin yaxın vaxtlarda Azərbaycana vacib səfərini gözləyirik. Prezident Mirziyoyevin səfəri zamanı ediləcək müzakirələr bizim üçün yaxşı baza olacaq”, - o əlavə edib. 

Ş.Mustafayev Özbəkistan prezidentinin səfərinin dəqiq tarixini açıqlamayıb. (Oxu.az)

Bakucity.az

Şavkat Mirziyoyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər