Sərfəli qiymətlərlə dəniz məhsulları harada verilir?
Bakıda dəniz məhsullarından hazırlanan təamlar gün keçdikcə populyarlaşır. Ən məşhur dəniz məhsullarından olan "suşi" məsələn, artıq bir çoxlarının sevimli təamlarından birinə çevrilib. Dəniz məhsullarına olan maraq təkcə dadla əlaqədar deyil, onlar həmçinin sağlamlıq üçün çox faydalıdır. Bakucity.az bu dəfə Bakıda dəniz məhsulları təqdim edən məkanları araşdırıb. Beləliklə, Bakıda dəniz məhsullarından hazırlanan yeməklər verilən ən məşhur restoranları təqdim edirik.
Paytaxtda dəniz məhsullarına maraq artır
Dəniz məhsullarından olan yemək deyəndə çox vaxt ağlımıza "suşi", "set", "rulo" və digər yapon mətbəxindən olan yeməklər gəlir.
Bakıdakı “Yoshi Sushi” restoranının sahibi Eşqin Mustafazadə bizimlə söhbətində Bakıda Asiya mətbəxinə marağın yenicə vüsət aldığını bildirib:
“Biz yapon mətbəxinə daxil olan yeməklər təklif edirik. Aşpazlarımız yerli olsalar da, Bakı, Moskva və digər şəhərlərdə böyük təcrübə qazanıblar. Məkanımızda daha çox losos, ton balığı, dəniz məhsullarından ibarət qarışıq - osminoq, istridyə və s. verilir.