Bakının bu hissəsində yol infrastrukturu yenidən qurulur - VİDEO

Bakının bu hissəsində yol infrastrukturu yenidən qurulur - VİDEO

Yeni piyada səkiləri inşa ediləcək

Bakucity.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yol infrastruktunu yenidən qurur.

Bununla bağlı açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yenidənqurma çərçivəsində qəsəbənin Ruslan Allahverdiyev küçəsinin təmirinə başlanılıb. 

Bununla yanaşı, adı çəkilən küçəyə paralel küçələrdə də iş gedir. Ümumilikdə 4 km-ə yaxın yolda kompleks tədbirlər həyata keçirilir. Vətəndaşların rahat hərəkəti üçün yeni piyada səkiləri inşa ediləcək, mövcud səkilər isə bərpa olunaraq istifadəyə veriləcək. Nəticədə tamamilə yeni, müasir yol infrastrukturu yaradılacaq. 

Bakucity.az

Sulu təpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər