10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Bakucity.az xəbər verir ki, Bu gün səhər saatlarında Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır.
Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir”. (Report)
Bakucity.az