Ramil Usubov bəstəkarın oğluna Bakıda yüksək vəzifə verdi

Ramil Usubov bəstəkarın oğluna Bakıda yüksək vəzifə verdi , Javid

Nazir daha bir kadr təyinatı həyata keçirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bir neçə gün öncə daha bir kadr təyinatı həyata keçirib.

Bakucity.az xəbər verir ki, nazirin əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin rəis müavini, polis polkovniki Elçin Kazımi Çevik Polis Alayının komandiri, general Səhlab Bağırova müavin təyin edilib. 

E.Kazımi daha əvvəl də Çevik Polis Alayında işləyib, Səhlab Bağırov da "Qorotdel”in rəis müavini olmadan öncə ÇPA-nın komandiri olub. İndi isə hər iki polis zabiti köhnə işinə geri qayıdıb.

 E.Kazımi bəstəkar Oqtay Kazıminin oğludur. O.Kazımi polis marşı və Çevik Polis Alayının marşını bəstələyib. (Qafqazinfo)

Bakucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər