Diqqət! Bakıda bu yolda təmir işləri aparılacaq

Diqqət! Bakıda bu yolda təmir işləri aparılacaq, Javid

Yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır.

Bakucity.az xəbər verir ki, fevralın 7-dən etibarən Bakı Dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az

Yol təmiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər