Bakıda Qara Qarayevin xatirəsinə konsert həsr olunub

Bakıda Qara Qarayevin xatirəsinə konsert həsr olunub

Dahi bəstəkarın 101 illiyinə həsr olunmuş konsert verilib

Bakucity.az xəbər verir ki, 5 fevralda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin 101 illiyinə həsr olunmuş konsert verilib.

Gecədə drijor stendində orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın xalq artisti Fəxrəddin Kərimov əyləşib.

Azərbaycanın əməkdar artisti, skripka ifaçısı Rəna Rəhimova və skripka ifaçısı Rövşən Əmirovun ifasında solo səslənib.

Rus şairi Aleksandr Puşkinin şeirlərinə yazılmış "Mən sizi sevdim" və "Gürcüstanın təpələrində" əsərləri tanınmış ifaçı (soprano) Fəridə Məmmədova tərəfindən səsləndirilib.

Konsertdə Azərbaycanın Mədəniyyət naziri Əbülfəz Qarayev, Bəstəkarlar İttifaqının sədri, xalq artisti, bəstəkar Firəngiz Əlizadə, Filarmoniyanın direktoru, xalq artisti, pianoçu Murad Adıgözəlzadə və bəstəkarın əsərlərini sevənlər iştirak ediblər. 

Sonda Qara Qarayevin kamera orkestri üçün bəstələdiyi klassik süita səslənib.

Cəmilə Amirova

Bakucity.az

Qara Qarayev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər