Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO

Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO

Poçt şöbələri İstiqlaliyyət və Səməd Vurğun küçələrində yerləşirlər.

Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Bakıda tam müasir standartlara uyğun, 2 poçt şöbəsini istifadəyə verib.

1 və 22 saylı yenidən qurulmuş poçt şöbələri “Azərpoçt” MMC-nin yeni brendinə uyğun olaraq dizayn edilib.

Sözügedən poçt şöbələrində vətəndaşlar növbə aparatından istifadə edə, öz poçt göndərişlərini rahatlıqla yollaya və qəbul edə biləcəklər. Həmçinin, şöbələrdə depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən yararlanmaq, “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Bundan başqa, 22 saylı poçt şöbəsində həftənin 7 günü 24 saat ərzində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirtmək imkanı yaradılıb.

Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır.

Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-1 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-2 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-3 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-4 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-5 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-6 Bakıda müasir poçt şöbələri istifadəyə verildi - FOTO, fotoşəkil-7

Bakucity.az

Poçt
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər