Ölkədən 5.5 milyard manat çıxaran şəxs Bakıda taksi sürücüsü işləyibmiş

Ölkədən 5.5 milyard manat çıxaran şəxs Bakıda taksi sürücüsü işləyibmiş, Javid

Rüfət Vəliyev orta məktəbi 8-ci sinifə qədər oxuyub

Bakucity.az xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Elan olunmuş ittiham üzrə hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.

R.Vəliyev sərbəst ifadə verib. O söyləyib ki, taksi sürücüsü olub.

Məhkəmədə elan olunub ki, cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulun ölkədən “Azəriqazbank"la 4 milyardı və digər məbləğlər isə Beynəlxalq Bank, həmçinin "Yunayted Kredit Bank"la köçürülüb.

R.Əliyev dindirilən zaman söyləyib ki, orta məktəbi 8-ci sinifə qədər oxuyub, ölkədən isə qaçmayıb: "2015-ci ildə Əli Can işlə bağlı xaricə getdiyini dedi. Mənə də xaricdə işləməyi təklif etdi. Sonra mən Ukraynaya getdim. Bazarda tanış azərbaycanlı bir nəfər mənim "İnterpol" vasitəsilə axtarışda olduğumu söylədi. Mən də gedib könüllü təslim oldum".

Məhkəmənin növbət iclası fevralın 13-nə təyin edilib.

İttiham aktına əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. 

Bir neçə şəxs ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. (Report)

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər