Kitabın ilk nəşri Azərbaycanın bütün universitetlərinə veriləcək.
Bakucity.az xəbər verir ki, fevralın 5-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı keçirilib.
Kitabın müəllifləri Azərbaycan jurnalistləri Zaur Babayev və Fərhad Nuriyevdir.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı siyasi-hüquqi, ticari-iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafı və müasir vəziyyəti kompleks tədqiq edilib.
Yeni kitab artıq mütəxəssislər arasında böyük marağa səbəb olub. Təqdimatda RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı, publisist Elmira Axundova və başqaları iştirak edib.
Bakucity.az