Bakı aeroportunda əməliyyat keçirildi: mütəşəkkil dəstə saxlanıldı

Bakı aeroportunda əməliyyat keçirildi: mütəşəkkil dəstə saxlanıldı, Javid

Dəstə gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş

Bakucity.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirib.

Keçirilən əməliyyat nəticəsində Türkiyədən Azərbaycana qaçaqmal daşıyan dəstə saxlanılıb.

Məlum olub ki, mütəşəkkil dəstə Türkiyədən Azərbaycana gömrük nəzarətindən kənar dərman preparatları keçirirmiş.

Mütəşəkkil dəstə Türkiyədə aeroportda nəzarətdən yayınsa da, Azərbaycanda ələ keçib.

Bakucity.az

DTX
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər