Bakıda violin ifaçılarının beynəlxalq müsabiqəsi keçirilir

Bakıda violin ifaçılarının beynəlxalq müsabiqəsi keçirilir

Müsabiqənin ideya müəllifi Məleykə Əhədzadədir.

Bakucity.az xəbər verir ki, Ü.Hacıbəyli adın Bakı Musiqi Akademiyasında görkəmli violin ifaçısı Azad Əliyevin 90 illiyi münasibətilə violin ifaçılarının I beynəlxalq müsabiqəsinin açılışı olub.

Müsabiqənin ideya müəllifi, təşkilatçısı və münsiflər heyətinin sədri professor Məleykə Əhədzadədir.

Müsabiqənin münsiflər heyəti arasında Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələr – Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan olan nümayəndələr də var.

Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan da iştirakçılar qatılıb.

Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilir.

Bakucity.az

müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər