Bakıda “Ərəbşünaslıq Mərkəzi” yaradıldı

Bakıda “Ərəbşünaslıq Mərkəzi” yaradıldı

Azərbaycanda “Ərəbşünaslıq Mərkəzi”nin təsis edilməsi haqqında müqavilə imzalanıb. 

Bakucity.az xəbər verir ki, fevralın 6-da Bakı Avrasiya Universiteti və Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəz arasında Azərbaycanda “Ərəbşünaslıq Mərkəzi”nin təsis edilməsi haqqında müqavilə imzalanıb. 

Səudiyyə Ərəbistanının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Xudeyrin başçılığı ilə bir qrup nümayəndə heyəti Bakı Avrasiya Universitetində olub.

Qonaqlar arasında “Ərəb dilinə Xidmət Mərkəzi”nin baş katibi doktor Abdullah əl-Vəşmi, “Ərəb dilinə Xidmət Mərkəzi”nin nümayəndəsi doktor İbrahim Əbanmi, Məhəmməd əl-Mübarək, Abdullah bin Dirman da iştirak edib. 

Öncə universitetin rektoru, professor Nazim Hüseynli qonaqlara universitet haqqında məlumat verib.  Qısa məlumatdan sonra “Ərəbşünaslıq Mərkəzi”nin fəaliyyət istiqaməti və görüləcək işlər qonaqların diqqətinə çatdırılıb. 

Təhsil sahəsindəki əməkdaşlığın gələcək işlərin uğurlu olması üçün mühüm rol oynadığını bildirən səfir Həməd bin Abdullah Xudeyr bu gündən etibarən əlaqələrin rəsmi status aldığını qeyd edib.

Sonra hər iki tərəfin iştirakı ilə “Ərəbşünaslıq Mərkəzi”nin təsis edilməsi haqqında müqavilənin imzalanması mərasimi baş tutub.

Mərkəzin təsis edilməsində əsas məqsəd və əsas istiqamətlərdən biri ərəb dilinin tədrisi, eyni zamanda Beynəlxalq konfransların təşkili, ərəbdilli müəllim və professor heyətini Mərkəzə cəlb etməkdir. 

Bakucity.az

Ərəbşünaslıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər