Bakıda iki gənc bıçaqlandı - VİDEO

Bakıda iki gənc bıçaqlandı - VİDEO, Javid

Gəncləri naməlum şəxslər bıçaqlayıb

Bakucity.az xəbər verir ki, gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qarayev Anar İlqar oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. 

A.Qarayev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Daha bir oxşar hadisə paytaxtın “Həzi Aslanov” metrostansiyası yaxınlığında baş verib. 1991-ci il təvəllüdlü İsmayılov Elnur Ramiz oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

E.İsmayılov Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Hər iki faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər