Bakıda “Artım”ın müsabiqəsinin bitməsinə iki gün qalıb

Bakıda “Artım”ın müsabiqəsinin bitməsinə iki gün qalıb

Müsabiqə fevralın 8-dək davam edəcək

Bakucity.az xəbər verir ki, “Artım” layihə məkanının yerli rəssamlara göstərdiyi dəstək proqramı çərçivəsində elan etdiyi müsabiqə fevralın 8-dək davam edəcək.

Müsabiqə İçərişəhərdə, Qüllə küçəsində açıq havada quraşdırılacaq art obyekt üçün aparılır. Art obyekt xüsusi olaraq “Artım” layihəsinin əsas mahiyyətini vurğulamalıdır.

Açıq müsabiqədə iştirak üçün peşəkar və həvəskar rəssam, heykəltəraş, memar, dizayner və digər yaradıcı peşə sahiblərinin müraciətləri qəbul olunur. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. Hər iştirakçı istənilən sayda təklif göndərə bilər.

Göndərilən təkliflər “Artım” layihəsinin konseptinə uyğun, diqqəti cəlb edən, kreativ, qeyri-adi yanaşma təklif edən, İçərişəhərdə yeni turizm obyektinə çevrilə biləcək və ətraf təsirlərə dözümlü materialdan olmalıdır.

Təklifləri [email protected] e-mail ünvanına göndərərkən, aşağıdakı məlumatları qeyd etmək mütləqdir:

- Müəllifin adı, soyadı;

- Əlaqə telefonu;

- Art obyektin yazılı təsviri (konsept və texniki şərtlər);

- Art obyektin eskizləri.

Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə əməkdaşlığa əsasən həyata keçirilir.

 Bakucity.az

Artım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər