Bakıda Gənclər Olimpiya Festivalı keçiriləcək - FOTO

Bakıda Gənclər Olimpiya Festivalı keçiriləcək - FOTO

XV Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək məktəblərin direktorları ilə görüş olub.

Bakucity.az xəbər verir ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində 2019-cu ilin 20-28 iyul tarixlərində Bakı şəhərində XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək məktəblərin direktorları ilə görüş keçirilib.

Bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.

Festivala 50 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması nəzərdə tutulur. Bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş idman növləri üzrə Bakı şəhərindən 50 məktəb festivalda iştirak edəcək.

Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarətdir.

Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Bakıda Gənclər Olimpiya Festivalı keçiriləcək - FOTO, fotoşəkil-1 Bakıda Gənclər Olimpiya Festivalı keçiriləcək - FOTO, fotoşəkil-2

Bakucity.az

Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər