Bakıda azyaşlı uşaqlar küçəyə atılıb: polis valideynləri axtarır - VİDEO

Bakıda azyaşlı uşaqlar küçəyə atılıb: polis valideynləri axtarır - VİDEO, Javid

Uşaqların ünsiyyət problemi var

Bakucity.az xəbər verir ki, təqribən 5-6 yaşlarında olan iki azyaşlı 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.

Qadın bildirib ki, uşaqların anası baxması üçün onları dayənin yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var. Lakin lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.

Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.

Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın 055 466 08 06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 Bakucity.az

İtkin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər