Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu - ƏMR

Bakıda daha bir yüksək vəzifəyə təyinat oldu - ƏMR, Javid

Ramil Usubov təyinat gerçəkləşdirib

Bakucity.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi polis polkovnik-leytenantı Natiq Qasımov vəzifəsindən azad olunub.

Bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. 

Əmrə əsasən, Natiq Qasımov Baş Dövlət Yol Polisi İdarəsi Katibliyinin rəisi təyin edilib. 

Qeyd edək, Natiq Qasımov Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının sədri Faiq Qasımovun qardaşıdır. 

Bakucity.az

Təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər