Ukraynanın prima-balerinası Bakıya gəlir

Ukraynanın prima-balerinası Bakıya gəlir

Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.

Bakucity.az xəbər verir ki, fevralın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti təqdim olunacaq.

Səhnə əsərində baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcək.

Baletdə Qraf Albert partiyası digər ukraynalı balet ustası Stanislav Olşanski tərəfindən oynanılacaq.

Mirta rolunu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının solisti Ayan Eyvazova ifa edəcək.

Baleti dirijor Orxan Həşimov idarə edəcək.

Bakucity.az

Balet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər