Teatrsevərlər Bakıda “Sonuncu”ya yenidən baxa biləcəklər

Teatrsevərlər Bakıda “Sonuncu”ya yenidən baxa biləcəklər

Tamaşa 2-ci dəfə nümayiş olunacaq.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət “YUĞ” Teatrı Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” adlı tamaşanı fevralın 9-da növbəti dəfə nümayiş edəcək.

Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlardan Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək.

Qeyd edək ki, A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. 

Bakucity.az

YUĞ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər