Bakı Ali Neft Məktəbi Polşanın WSB Universitetinin rəhbərliyi ilə görüşüb.
Bakucity.az xəbər verir ki, görüş BANM-də baş tutub. Məktəbin ektoru Elmar Qasımov, WSB Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Rafal Rebilas, Beynəlxalq əlaqələr üzrə direktoru Pavel Urgacz və BANM-ın əməkdaşları iştirak ediblər.
Tərəflər arasında tələbə və müəllim-professor heyətinin mübadiləsi, elmi materialların mübadiləsi, birgə tədqiqat həmçinin təhsil layihələri üzrə ikitərəfli əməkdaşlıq haqqında razılaşma imzalanıb.
Hər iki universitet həmçinin magistratura pilləsi üzrə əməkdaşlıq etmək qərarına gəlib.
Bakucity.az