Bakıda “Artım” layihəsi rəssamlar üçün ustad dərsləri keçirəcək

Bakıda “Artım” layihəsi rəssamlar üçün ustad dərsləri keçirəcək

Ustad dərslərində hər kəs iştirak edə bilər.

Bakucity.az xəbər verir ki, “Artım” layihə məkanında “Perpendikulyar həqiqətlər” sərgisi çərçivəsində rəssam Murad Əkbərlinin iştirakı ilə ustad dərsləri keçiriləcək. Fevralın 12-də təşkil olunacaq ustad dərslərində hər kəs iştirak edə bilər.

Dərslərdə Cənub regionundakı həyat tərzi haqqında müzakirələr aparılacaq. Tədbirin iştirakçıları müzakirə zamanı kətan və boyalar vasitəsilə öz düşüncələrindəki “cənub dünyası”nı yaradacaqlar. Rəssamlar əsərləri vasitəsilə subyektiv yanaşmalarını eksperiment etməklə təqdim edəcəklər.

Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan “yaşıl” mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun “Leyli və Məcnun” instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.

Bakucity.az

“Artım” layihəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər