Bakıda avtomobil icarəsi xidmətləri uğurlu biznesdirmi? - ARAŞDIRMA

Sakinlər icarəyə avtomobil götürərkən nələrə diqqət etməlidirlər?

Bakıda avtomobil icarəsi xidmətləri son illərdə inkişaf etməyə başlayıb. Bu biznes sahəsində əvvəlki illərlə müqayisədə canlanma müşahidə olunur. Əksər vaxt şirkətlər ekonom-klass və premium paketlər təklif edirlər. Onların xidmətlərindən isə həm yerli əhali, həm də turistlər istifadə edir. Bakıda avtomobil icarəsi xidmətləri uğurlu biznesdirmi? İcarə üçün qiymətlər və şərtlər münasibdirmi? Bakucity.az şəhərimizdəki avtomobil icarəsinə dair sakinləri maraqlandıran suallara cavablar tapmağa çalışıb. Araşdırmamızı təqdim edirik.  

Bazarın boş olması şirkətlərin inkişaf etməsinə şərait yaradır

Saytımıza açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, bu biznes növü şəhərimizdə olduqca əlverişli ola bilər:

“Bakı şəhərində maşınların icarəyə verilməsi biznesi ümumi olaraq mənfəətli ola bilər. Bazarın hələ boş olması bu sahədə şirkətlərin inkişaf etməsinə şərait yaradır. Lakin müəyyən məsələlər var ki, onlar avtomobil kirayəsi bazarında problemə çevriliblər. Bu problemlər aşağıdakılardır: 

1) bazar hələ kiçikdir; 

2) avtomobil icarəsi mədəniyyəti aşağı səviyyədədir və yerli əhali arasında yetərincə qiymətləndirilmir; 

3) maşın kirayəsi biznesinə rəqib olan taksi xidmətləri sahəsindəki yüksək rəqabət qiymətlərin aşağı düşməsinə səbəb olur;

4) Əksər istehlakçıların yol və maşından istifadə mədəniyyəti aşağıdır;

5) avtomobil bazarında sığorta sistemi zəif inkişaf edib; 

6) turizm zəif inkişaf edib.

Ekspertin sözlərinə görə, ölkədə turizmin tədrici inkişafı bu sahənin inkişafını sürətləndirsə də, turist axınının sabit olmaması satışların və xərclərin tənzimlənməsini çətinləşdirir: 

"Maşın kirayəsi biznesinin sonrakı inkişafı keyfiyyətli menecmentin qurulmasından və tələbatın formalaşdırılmasından asılıdır. Yerli bazarın kiçik olması və kirayə maşınlarının əsas istifadəçiləri olan turistlərin ölkəyə gəlişinin istənilən səviyyədə olmaması bazarın qarşılaşdığı əsas çətinliklərdir”, - Xalid Kərimli açıqlamasına yekun vurarkən deyib. 

Müştərilər əsasən xaricilərdir

Saytımız Bakıda bu bazarda vəziyyətin necə olduğunu öyrənmək üçün avtomobil icarəsi biznesinin bəzi nümayəndələri ilə də həmsöhbət olub.

“Marshal Rent a Car” şirkətinin meneceri Elvin Abbasov deyib ki, onların xidmətlərinə tələbat kifayət qədər böyükdür:

"Müştərilərimiz arasında azərbaycanlılar da var, amma əsas müştərilər xaricilərdir. Onların arasında isə Ərəb ölkələrindən, Rusiyadan, Türkiyədən olanlar çoxluq təşkil edir. Bundan başqa, biz müxtəlif şirkətlərlə də əməkdaşlıq edirik. Avtomobilin icarəsində şərtlər müddətdən asılıdır. Bütün avtomobillər sığortalanır. İcarəçinin səyahət edəcəyi yerdən asılı olmayaraq (şəhərdə və ya şəhər kənarında), limitsiz kilometr təklif edilir. Əsas tələb girovun ödənilməsidir, həmçinin sürücülük vəsiqəsinin və şəxsiyyəti təsdiq etdən sənədin təqdim edilməsi mütləqdir. İcarənin qiyməti isə gün sayından asılıdır. Günlərin sayı çox olarsa, qiymətdə güzəşt olunur”.

Menecerin dediyinə görə, şirkət icarəyə çox sayda avtomobil markası təklif edir, əksər hallarda isə müştərilər “ekonom klass” sifariş edirlər. Bu kateqoriya üzrə onlara “Hyundai Accent”, “Elantra”, “Prado Pajero” kimi avtomobillər təklif olunur.

"Automile Rent a Car" şirkətinin meneceri Emin Bünyadzadə avtomobil icarəsinin qazanclı olduğunu bildirib:

“Bəzən kiçik qəzalar və yol hərəkəti qaydalarında pozuntular olur, bunlara baxmayaraq, bu biznesin böyük itkilərə səbəb olduğunu deyə bilmərəm. Xidmətlərimizdən istifadə etmək üçün müştərilərin ən az 23 yaşı və 2 illik sürücülük təcrübəsi olmalıdır. 200 manat icarə haqqı öncədən verilməlidir. Xidmətdən yararlanmaq üçün sürücülük və şəxsiyyət vəsiqəsi sənədlərinin  təqdim edilməsi kifayətdir. Müştərilərə premium avtomobillər də təklif olunur.

"Rent a Car Baku" şirkətinin meneceri Əsmər Fərəcova da bu biznes sahəsinin gəlirli olduğunu düşünür:

“Günümüzdə bu biznes olduqca sərfəlidir. Bizim yerli və xarici çoxlu müştərilərimiz var. Yeni avtomobillər problemsiz işləyir, köhnə avtomobillərin isə bəzi hissələrini dəyişdirməyə və bunun üçün müəyyən vəsait xərcləməyə ehtiyac yaranır. Bütün hallarda, avtomobillər mütəmadi olaraq texniki baxışdan keçirilirlər. Depozit icarə edilən avtomobilin markasından asılı olaraq ödənilir. Xidmətdən istifadə etmək üçün yaş həddinin 24 olması və ən icarədarın azı 1 illik sürücülük təcrübəsinə malik olması şərtdir. 

“Rent Express Rent a Car Baku Company” şirkətindən isə bizə bildirdilər ki, onlar yalnız xarici müştərilərlə işləyirlər. Bakıya gələn, 25 yaşına çatmış və ən azı 2 illik sürücülük təcrübəsi olan xarici turistlər bu şirkətdən avtomobil kirayə edə bilərlər.

Oxucularımıza Bakıdakı avtomobil icarəsinin sutkalıq neçəyə başa gəldiyini göstərən cədvəli təqdim edirik:

Şirkətlərin adı

Ekanom-klass

Biznes-klass

İcarə qiyməti

“Marshal Rent a Car”

60 AZN

450-500 AZN

300 AZN

“Automile Rent a Car”

35 AZN

200-400 AZN

200 AZN

“Rent a Car Baku”

45 AZN

350-500 AZN

200 AZN

“Best Rent LLC Baku”

50 AZN

300-500 AZN

150 AZN

“Rent Express Rent a Car Baku”

55 AZN

300 AZN

Araşdırmamızdan bu qənaətə gəldik ki,  Bakıda avtomobil kirayəsi biznesi yetərincə yaxşı inkişaf etməyib. Bu xidmətlərə ən çox təlabat duyanlar isə paytaxtın qonaqlarıdır. Ekspertlərin fikrincə, bu istiqamətdə dinamikanın güclənməsi üçün şərait var və bu biznesin yerli iş adamları üçün cəlbedici sahəyə çevrilməsi ehtimalı böyükdür. 

Züleyxa İsmayılova

Bakucity.az

Avtomobil icarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qaliblər diplomlarla təltif olunublar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında tarix fənni üzrə bilik yarışı keçirilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, “Tariximizə nəzər salaq” adlı bilik yarışı “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən təşkil olunub. 2 mərhələdən ibarət yarışda 59, 76, 270, 280 və 317 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.  Ya...
Cəmiyyət
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər Fevralın 26-sı ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr ediləcək. Bununla bağlı “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” təsdiq edilib. İdarədən BakuCity.az-a verilən məlumata görə, Tədbirlər Planının təsdiq edilm...
Cəmiyyət
Alındıqdan sonra mütləq tam qaynadılmalıdır Əsasən səhər saatlarında küçələri, məhəllələri gəzib süd və süd məhsulları satan insanlar, yəqin ki, hər birimizin qarşısına çıxıb. Səyyar satıcılar məhsullarını bazar qiymətindən daha ucuz təklif etdiyindən alıcı qıtlığı da yaşamırlar. Maraqlı olan məsələnin bu tərəfi deyil. Maraqlısı odur ki, bu kimi məhsuların bir sıra - bruselyoz, vərəm, eləcə də bir sıra törədicilərin insan orqanizminə daxil olaraq patoloji...
Hadisələr
Araşdırma aparılır Azərbaycanda kollec rəhbərliyi tutulub. BakuCity.az “Report”a istinadən məlumat verir ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov iş otaqlarında rüşvət alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmçinin oxu: Vəzifəli şəxslər tutuldu - Neftçaladakı əməliyyatla bağlı RƏSMİ MƏLUMAT Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Yeni çoxmərtəbəli yaşayış binaları inşa olunur Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli qərarı ilə “Pilot layihə” çərçivəsində Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2019-cu ildə də davam etdirilib. BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Sabunçu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında...
Siyasət
"Tarix belə qərar verib və bundan heç yerə qaçmaq mümkün deyil" Keçmiş Sovet İttifaqının bütün respublikalarında maraqla izlənilən “Vremya” (“Zaman”) xəbərlər proqramında 1991-ci il martın 14-də SSRİ Prezidenti Mixail Qorbaçovun Dağlıq Qarabağla bağlı müraciəti oxunub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vajnıy potok" ("Vacib axın") "Youtube" kanalında video yerləşdirilib. Proqramda ilk olaraq sözü verilişin aparıcılarından biri İqor...
Cəmiyyət
"Deyirəm ki, bala, adam iti öldürməz" İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, 50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb. M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev Oxu.Az-a bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt o...
Cəmiyyət
Xəbərdarlığa əməl olunmasa, İqtisadiyyat Nazirliyinə müraciət olunacaq Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, idarənin əməkdaşları tərəfindən Zirədə yerləşən quşçul...
Hakimiyyət
Geniş məlumat veriləcək Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçaladakı əməliyyatla bağlı məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlan...