Bakıda iki nəfər bıçaqlandı - VİDEO

Bakıda iki nəfər bıçaqlandı - VİDEO, Javid

Naməlum şəxslər cinayət əməli törədiblər

Bakucity.az xəbər verir ki, ötən gecə paytaxtın Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində bıçaqlanma hadisəsi baş verib. 

1972-ci il təvəllüdlü Abbasov Rafiq Seyfulla oğlu “Mothercare” adlanan mağazanın yaxınlığında şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Analoji hadisə paytaxtın Səməd Vurğun bağında qeydə alınıb. 

1989-cu il təvəllüdlü Zeynalov Allahverən Eyvaz oğlu şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçqalanıb. A.Zeynalov 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. 

Hər iki faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az

bıçaqlanma hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər