Əfqanıstan Prezidenti Bakıya gələcək

Əfqanıstan Prezidenti Bakıya gələcək

Məhəmməd Əşrəf Qani VII Qlobal Bakı forumunda iştirak edəcək

Bakucity.az xəbər verir ki, Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. 

Dövlət başçısı martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Xatırladaq ki, 2013-cü ildən etibarən keçirilən forumda dünyada sülh və təhlükəsizlik məsələləri müzakirə olunur. Forum Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda qlobal əhəmiyyətli siyasi və iqtisadi proseslərin müzakirə olunduğu nüfuzlu platforma kimi qəbul edilməkdədir. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki forumun əsas müzakirə panelləri “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı” olacaq.

Foruma dünyanın 70-dən çox ölkəsindən 450 qonağın qatılması gözlənilir. Əfqanıstan Prezidenti ilə yanaşı, forumda bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları iştirak edəcək. Tədbirə dünyanın tanınmış dövlət adamları, siyasətçiləri, nüfuzlu ictimai xadimləri, tanınmış elm adamları da dəvət alıb. 

Bakucity.az

Əfqanıstan prezidenti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər