Bakıda donuz qripindan öldüyü deyilən tələbənin həkimi danışdı

Diaqnoz kəskin "kəskin respirator distres sindromu" olub

Yanvarın 29-da "Bakı Medical Plaza”da  leptospiroz xəstəliyindən öldüyü deyilən 18 yaşlı qız Nərdanə Şirvan qızı Tağızadənin son günündə ona müalicə edən həkimi Anestezioloq-reanimatoloq Kamal Quliyev danışıb.

Həkim Unikal.org-a açıqlamasında deyib ki, mərhum Nərdanə Tağızadə xəstəliyinin 21-ci günündə "Bakı Medical Plaza”ya gətirilib. Burdan əvvəl də 3 xəstəxanada müalicə və müayinə olunub: "Burdan əvvəl sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb.

Ordan Bakı Medical Plaza”ya kəskin ağ ciyər zədələnməsi ilə gəlib. Diaqnozu kəskin "kəskin respirator distres sindromu" olub. Yəni, mərhum bu xəstəlikdən dünyasını dəyişiub. Bura gətiriləndə mərhum çox ağır vəziyyətdə idi. Yəni, T.Tağızadənin vəfat etmək səbəbi budur". 

Qeyd edək ki, dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.

Xatırladaq ki, Respirator disstress sindromu kəskin tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - ağciyərlərin müxtəlif kəskin zədələnmələri, - ağciyərlərin qeyri-kardiogen ödemi, - xarici tənəffüsün pozulması, - hipoksiya, - ağciyərdə infiltirasiya.Əksər vaxtlarda bu xəstəliyin müalicəsi xəstəxana şəraitində reanimasion tədbirlərin tətbiqi ilə mümkün olur.

Bakucity.az

kəskin respirator distres sindromu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
206 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Paytaxtda 27 avqustda gözlənilən hava şəraiti açıqlanıb  Bakucity.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-31, Bakıda gecə 21-23, gündüz 29-31dərəcə isti təşkil edəcək...
Hadisələr
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib Bakucity.az xəbər verir ki, hadisə Sahil metrosunun yanında - Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində qeydə alınıb.  Taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini vurub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və bir neçə dəqiqə sonra keçinib.  Faktla bağlı araşdır...
Cəmiyyət
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub Bakucity.az xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34 cü polis bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb.  Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İ...
Biznes
Paytaxt restoranlardan birində təklif olunan yeməklərin qiyməti hamını təəccübləndirib Bakucity.az xəbər verir ki, JW Marriott Hotel Absheron otelində yerləşən "OroNero Bar & Ristorante”nin menyusunda hətta bir porsiyası 1500 manata olan yeməyə də rast gəlinir. Qurmanlara təqdim edilən qara kürü, qaymaq və nehrə yağından ibarət yeməyi dadmaq istəyənlər nə az, nə çox düz 1520 manatlarından keçməlidirlər. Onu da bildirək ki, 1520 manata bu təamin cəmi 250 qr...
Cəmiyyət
Suyun verilişinin qısa zamanda bərpa edilməsi gözlənilir Bakucity.az xəbər verir ki, Bakının Qaraçuxur və Suraxanı qəsəbələrində suyun verilişində məhdudiyyətlər olacaq. Gün ərzində "+98 Qaraçuxur" su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar qeyd edilən qəsəbələrin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Qeyd edək ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Bakucity.az
Hadisələr
Binəqədi rayonunda kubud qayda pozan avtobus sürücüləri kameraya düşüb. Bakucity.az xəbər verir ki, 99-NU-969 dövlət nömrə nişanlı və 90-OH-867 dövlət nömrə nişanlı avtobusların sürücüləri əks istiqamətə çıxaraq hərəkət ediblər. Bununla da İnzibati Xətalar Məcəlləsinin 327.4 cü maddəsinin tələblərini pozublar. Bu maddəyə görə, sürücü 100 manat və 4 bal cərimə olunmalıdır. Amma cərimədən başqa sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüləri ilə bağ...
Hadisələr
Paytaxtda oğurluq və xuliqanlıq edən şəxs saxlanılıb Bakucity.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar və xuliqanlıq hərəkətləri edən Beyləqan rayon sakini Məhəmməd Bayramov saxlanılıb. Belə ki, Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova polis bölm...
Hadisələr
Bakı polisi onların digər cinayətlərini araşdırır Bakucity.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) və 22-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən rayon ərazisində törədilmiş cinayətlərin açılması məqsədilə əməliyyat tədbirləri həyata keçirilib. Avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıblar. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəti...
Mədəniyyət
Müəlliflər gənc aktyorlar Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı sentyabrın 29-da “Dejavü” adlı tamaşasını teatrsevərlər üçün təqdim edəcək. Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir. Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir. Bakucity.az