Bakıda xalq rəssamının yubileyi qeyd olunacaq

Rafis İsmayılovun 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək

Fevralın 15-də Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq. Tədbir çərçivəsində rəssamın həyat və yaradıcılığından danışılacaq, incəsənətin inkişafına verdiyi töhfələr vurğulanacaq.

1939-cu il martın 30-da Bakıda anadan olan Rafis İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, sonradan Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar, 30-dan artıq bədii filmin rəsmlərinə quruluş verib. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür” və “Təhminə” kimi filmlər üzərində işləyib.

Rəssam “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, habelə “Xətai”, “Metexan”, “Romeyo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitabların illüstrasiya müəllifi kimi tanınır. O, həmçinin atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir.

R. İsmayılov 1970-2007-ci illərdə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunmuş 25 bədii filmdə rəsmlərə quruluş verib.

2003-2005-ci illərdə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olan sənətkarın əsərləri R. Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır. Rəssamın ayrı-ayrı əsərləri yerli və xarici şəxsi kolleksiyalarda da saxlanılır.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
3 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Biznes
Yaşayış bloku da olacaq Bakıda Həştərxan İş Mərkəzi açılacaq. BakuCity.az xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin deyib. Onun sözlərinə görə, açılışın gələn il may-iyun aylarında baş tutacağı gözlənilir. 7 mərtəbəli binada sahibkarların ofisləri, hətta yaşayış bloku yerləşəcək. Layihənin əsas vəzifəsi – tərəflərin işgüzar fəallığına təkan vermək və beynəlxalq biznesə yeni səviyyəyə çıxmaq imkanı yaratmaqdır. ВakuCity.az
Ekologiya
Cənub küləyi əsəcək Bakıda istirahət günlərinə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-a verilən məlumatına görə, paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq. ВakuCity.az
Cəmiyyət
5 gündür xəbər-ətər yoxdur Bakıda 17 yaşlı oğlan itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.  Lökbatan qəsəbə sakini Nəcəfov Orxan Elnur oğlu dekabrın 8-i gecə saat 2-3 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.   Onun əlamətləri: boyu 179 sm, dolu bədənli, gözləri qəhvəyi rəngdit. Evdən çıxarkən əynində boz palto, qara cins şalvar, qara ayaqqabı olub. Qeyd edək ki, O.Nəcəfov evdən çıxarkən h...
Cəmiyyət
Yollarda su qurumur Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur. Qəsəbə sakinləri bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq mümkün olmur: “Yaxın vaxtlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”. Probl...
Cəmiyyət
Hələ bir neçə ay da gözləməlidirlər Səbail rayonu Aydın Məmmədov küçəsində yerləşən məcburi köçkünlərin yerləşdiyi yaşayış məskənində vəziyyət acınacaqlıdır. BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, 22 məcburi köçkün ailəsi 26 ildir 6 mərtəbəli binanın birinci mərtəbəsi və zirzəmisində əziyyətlə yaşayırlar. Mövcud vəziyyətlə bağlı sakinlərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə etdikləri müraciətə baxmayaraq dəyişən heç nə ol...
Cəmiyyət
Dövlət 3 və daha az ulduzlu hotellərin inşasında maraqlıdır Bu yaxınlarda həm Bakıda, həm regionlarda yeni hotellərin açılışı gözlənilir. BakuCity.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Kənan Quluzadə deyib. "Biznes nümayəndələri ilə aparılan danışıqlar onu göstərir ki, ölkədə yeni hotellərin tikintisinə maraq var. Azərbaycana səfər edən turistlər Bakı və Abşeron yarımadası ilə yanaşı, ölkə...
Hadisələr
Son 10 gündə ayaqları tutulub Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Ömrünün s...
Hadisələr
3 avtomobilə ziyan dəyib Bakıda ağacın aşması nəticəsində lüks avtomobillərə ziyan dəyib. BakuCity.az-ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, hadisə Zahid Xəlilov küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində baş verib. İri ağacın aşması ilə yaxınlıqdakı işıq dirəyi də avtomobillərin üzərinə düşüb. Nəticədə “Mercedes Gle”, “Toyota Camry” və “Mercedes ML” markalı avtomobillərə ziyan dəyib. Həmçinin oxu: Ramanada hektarlarla meşə zola...
Cəmiyyət
Hər zövqə görə balıq yeməkləri Bakıda, xüsusilə, soyuq mövsümdə balıq yeməklərini bəyənməyən az adam tapılar. Paytaxtda yalnız balıq yeməkləri təqdim edən bir neçə restoran var. Həm də elə məkanlar var ki, orada standart menyudan əlavə, müxtəlif növ balıqlardan hazırlanan yeməkləri də seçmək olar.  BakuCity.az nərə balığı, qızılbalıq, kütüm, alabalıq, ağbalıq, karp, kefal və digər balıqların dadına baxa biləcəyiniz restoranların kiçik siyahısını hazırlayıb...