Nazirlik Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirdi

Nazirlik Bakıda gənc qızın virusdan ölməsi məsələsinə münasibət bildirdi, Javid

Səhiyyə Nazirliyi açıqlama verib

Bakucity.az nazirliyə istinadən xəbər verir ki, vətəndaş Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından ölməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

"Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi nəzarətə götürüb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb", Səhiyyə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd edək ki, N.Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin I kurs tələbəsi olub.

Bakucity.az

Səhiyyə nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər