Bakıda beynəlxalq badminton turniri keçiriləcək

Bakıda beynəlxalq badminton turniri keçiriləcək

Bu mötəbər yarışlardan birinin təşkili hüququnu Bakı qazanıb.

Bakucity.az xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının builki təqvim planına daxil olan “Azerbaijan International 2019” turniri iyunun 6-9-da Bakı İdman Sarayında keçiriləcək.

Beş kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi nüfuzlu yarışın ümumi mükafat fondu 25 min dollarıdır.

Badminton 3 il əvvəl ölkəmizin təşkilatçılığı ilə reallaşan 1-ci Avropa Oyunlarının proqramına daxil idi, ancaq bu, Bakıda keçirilən ilk böyük müstəqil turnir olacaq.

Qeyd edək ki, Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlardan biri də “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniridir.

Bakucity.az

Badminton
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər