Bakıda iş adamına 52500 manatlıq dələduzluq edilib

Məhkəmənin növbəti iclası gələn həftə keçiriləcək.

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət almada təqsirləndirilən Elnur Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə E.Babayev özünü təqsirli bildiyini deyib.

İttiham aktına əsasən, Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi E.Babayev iş adamı Akif Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu Rəhim Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə saxta rəy çıxardacağı vədi verib.

E.Babayev iş adamına qəza zamanı dünyasını dəyişən qadının sərxoş olması ilə bağlı ekspertiza rəyi alacağına və 

Həmçinin o, Səbail Rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasov vasitəsi ilə işi A.Rəhimovun oğlunun xeyrinə həll edəcəyini vəd edib. E.Babayev 10 min manatı ekspertiza rəyi, 42500 manatı isə həm onların xeyrinə danışacaq şahidlərin tapılmasına, həm də qəzanın R.Rəhimovun deyil, onların sürücüsünün adına rəsmiləşdirilməsinə söz verib.

Qəza hadisəsi ictimailəşdiriləndən sonra müstəntiq V.Abbasov işdən çıxarılıb.

Məlumata görə, A.Rəhimov sahibi olduğu "Yeganə" şadlıq sarayında E.Babayevlə görüşüb. E.Babayev restoranda onunla danışdıqdan sonra 52500 manat pulu alması ilə bağlı müqaviləyə də imza atıb.

A.Rəhimov elə şadlıq sarayında hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət edərək E.Babayevdən şikayətçi olub.

E.Babayev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, barəsində küllü miqdarda dələduzluq və külli miqdarda rüşvət alma maddəsi ilə ittiham edilib.

Məlum olub ki, o, A.Rəhimvdan başqa, Elvar Xəlilovaya da qarşı dələduzluq əməli törədib.

Qeyd edək ki, A.Rəhimovun oğlu R.Rəhimov 2017-ci ilin noyabrın 8-də Səbail rayonu ərazisində “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub. K.Əkbərova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hadisədən sonra Rəhimovlar ailəsinin sürücüsü Əmrulla Şahbazov hadisə yerinə gəlib və qəzanı özünün törətdiyini deyib. Məsələ ictimailəşdirildikdən 20 gün sonra R.Rəhimov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rəhimovun ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsi hökmdən xaric olunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə R.Rəhimovun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirməsi barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Qəzada ölən K.Ələkbərova şəhid Elton Ələkbərovun qızıdır.

Bakucity.az

Dələduzluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
“Yaşıl Qala” devizi altında ağacəkmə aksiyası keçirilib. Bakucity.az xəbər verir ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq İdarəsi “İçərişəhər” Muzey Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən aksiyada Qoruq İdarəsinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qala kəndi ağsaqqalları, ziyalılar və məktəblilər...
Biznes
"Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq. Bakucity.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, uçuşlar cari ilin yay ayından nəzərdə tutulub.  Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə a...
Hakimiyyət
Səbail rayonunda yollar yenidən qurulacaq. Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Bakucity.az xəbər verir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,45 mi...
Kriminal
Bakıda polis birgə əməliyyat keçirib. Bakucity.az  xəbər verir ki, Xətai Rayuon Polis İdarəsinin 34-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini N.Vəliyevdən pnevmatik tapança götürülüb. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
İdman
"Bakcell" şirkəti "Formula 1"-ə sponsorluq edəcək. "Bakcell" şirkəti "Formula 1" üzrə Azərbaycan Qran Prisinin rəsmi dəstəkçisi olacaq. Bakucity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə "Bakcell" şirkəti arasında müqavilə imzalanıb.  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib ki, sözügedən müqavilənin müddəti 3 ildir. (Report.az) Bakucity.az
Ekologiya
Bakının içməli suyu ilə bağlı ekspertlərin maraqlı fikirləri var Su əsas həyat mənbəyidir. Biz sutka ərzində nə qədər sərf edildiyini düşünmədən xörək hazırlayanda, içəndə, texniki məqsədlər üçün sudan istifadə edirik. Yaxın gələcəkdə su resurslarının xeyli tükənəcyi haqqında informasiyalar yayılır.  Bakucity.az bu problemin paytaxt Bakı üçün təhlükə yaratması, yerli içməli suyun dünya standartlarına uyğun gəlməsi haqqında araşdırma aparıb.  Paytaxta veril...
Cəmiyyət
Bu barədə Birlikdən məlumat verilib Bakucity.az xəbər verir ki, “Teleradio” İstehsalat Birliyi Bakı-Quba radiorele xəttinin yenidən qurulması üzrə işləri tamamlanıb. Yenidənqurma işləri bu bölgədə rəqəmli ehtiyat televiziya şəbəkəsinin yaradılmasının bir hissəsi olaraq həyata keçirilib ki, bu da əyər hər hansı gözlənilməz hal baş verərsə televiziya proqramlarının fasiləsiz yayımı təmin edəcək. “Növbəti mərhələdə Bakı-Zaqatala radiorele xəttinin yenidən qur...
Kriminal
Bakıda aptekdən oğurluq edən şəxslər yaxalanıb Bakucity.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən aptekdən oğurluq edilib.  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxs aptekdə olan seyfləri qıraraq, oradakı külli miqdarda pulu aparıb.  Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən şəxsl...
Kriminal
Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib Bakucity.az xəbər verir ki, paytaxt sakini İlhamə Həsənova Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Fərid adlı şəxsin onun etibarından sui-istifadə edərək 240 min ABŞ dollarını mənimsədiyini bildirib. Həmin şikayət əsasında Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (ONA) Bakucity.az