Bakıda xalq yazıçısının əsəri səhnələşdiriləcək

Bakıda xalq yazıçısının əsəri səhnələşdiriləcək

 Muğam Mərkəzində Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

Bakucity.az xəbər verir ki, fevralın 18-də Beynəlxalq Muğam Mərkəzində Xalq yazıçısı, kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.

Mərkəzdən bildirilib ki, Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinin tələbələrinin iştirakı ilə yazıçının “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.

Rus dilində izləniləcək eyniadlı tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

Bakucity.az

Maqsud İbrahimbəyov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər