Bakıda iki minə yaxın ev söküləcək - Açıqlama

Bakıda iki minə yaxın ev söküləcək - Açıqlama

İcra başçısı açıqlama verib

Bakucity.az xəbər verir ki, Yasamal rayonunun “Sovetski” adlanan ərazisində 1920 ev söküləcək.

Bu barədə rayonun icra başçısı Əziz Əzizov bildirib.

Onun sözlərinə görə, “Sovetski”də söküntü işlərinin II mərhələsi aparılır:

“Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb.

Söküntü işlərinin II mərhələsinin aparılır və hazırda 1920 evin sakinləri ilə əldə edilmiş razılığa əsasən satın alınıb”.

İcra başçısı III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin aparılacağını qeyd edib. (Oxu.az)

Bakucity.az

Sovetski
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər