Bolqar rejissor Bakıda tamaşa göstərəcək

Bolqar rejissor Bakıda tamaşa göstərəcək

“YUĞ” Teatrı irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət “YUĞ” Teatrı beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha bir irimiqyaslı layihə həyata keçirməyə hazırlaşır.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov bildirib ki, tezliklə bolqar rejissor teatrda tamaşa hazırlayacaq. Hər zaman beynəlxalq əlaqələrin qurulmasını fəaliyyətinin prioritet istiqamətlərindən biri hesab edən sənət ocağı, bolqar rejissor Xristo Stoyçevlə razılıq əldə edib. Razılaşmaya əsasən, rejissor teatrda U.Şekspirin “III Riçard” əsərinə quruluş verəcək. H.Stoyçev U.Şekspirin əsərini yeni səhnə redaksiyasında təqdim etməyi planlaşdırır. Belə ki, tamaşada cəmi dörd obraz iştirak edəcək.

Tamaşanın quruluşçu rəssamının da Bolqarıstandan dəvət olunması nəzərdə tutulur. Artıq bolqar rəssam Olqa Boseva ilə ilkin razılıq əldə olunub. (AzerTac)

Bakucity.az

YUĞ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər