Bakıda “Muğam dünyamız” adlı konsert olacaq

Bakıda “Muğam dünyamız” adlı konsert olacaq, Javid

Konsertdə xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.

Bakucity.az xəbər verir ki, martın 24-də Heydər Əliyev Sarayında Novruz bayramı münasibətilə “Muğam dünyamız” adlı konsert proqramı təqdim olunacaq.

Saraydan bildirilib ki, gecədə muğam müsabiqələrinin qalibləri Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli, Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev, Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev, Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcək.

Konsertdə xalq mahnıları, muğam və təsniflər səsləndiriləcək.

Biletləri şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Bakucity.az

“Muğam dünyamız”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər