Bakıda ipotekaya ev götürməyin müsbət və mənfi tərəfləri - ARAŞDIRMA

İpoteka kreditləşməsindəki yeni dəyişikliklər bir sıra üstünlüklərə malikdir

İpotekaya ev götürmək bir çox ölkələrdə mənzil problemini həll etmək üçün əsas vasitələrdən biri hesab edilir. Artıq uzun illərdir ki, Bakıda da bu sistem keçərlidir. Amma əksər sakinlər bu vasitədən istifadə etmək üçün tərəddüd edirlər. Bəziləri buna mənzil almaq üçün fürsət, bəziləri isə uzun illər borclu qalacaqları bir tələ kimi baxırlar. Bakucity.az bu gün ipoteka krediti ilə bağlı olan bəzi məqamlara aydınlıq gətirməyə çalışacaq.  Araşdırmamızı təqdim edirik. 

Ekspert: "Adi ipoteka krediti əvvəlcədən ödəniş tələb etmir" 

Saytımıza açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, ipoteka kreditləşməsi sahəsində edilən son dəyişikliklər bir sıra üstünlüklərə malikdir:

”2018-ci ildə ipoteka sistemində bir sıra dəyişikliklər olub. Bura əvvəla ipoteka kreditləşməsi üçün ayrılan vəsaitin artırılması daxildir. Belə ki, 2018-ci ildə dövlət büdcəsindən ipoteka kreditləşməsinə 100 milyon vəsait ayrılıb. Onların bir qismi sosial ipoteka krediti olaraq, sosial mənzil sisteminin formalaşmasına sərf olunub, qalanı isə adi kredit formasında təklif olunub. Eyni zamanda İpoteka Fondu istiqrazlar yerləşdirməklə əldə edilən vəsaitləri təklif etməklə kreditləşməni davam etdirir. Bu da ipotekadan faydalananların sayının artırılması baxımından çox vacibdir.  Eyni zamanda 2018-ci ildə adi ipoteka üzərində də maksimum məbləğ 100 min manatdan 150 min manata qədər artırılıb”.

Ekspert qeyd edib ki, 2018-ci ildə kredit faizlərinin aşağı düşməsi, zəmanət fondundan kredit götürənlər üçün güzəştli faizlərin təklif edilməsi də müşahidə edilib. Əgər əvvəlki illərdə adi ipoteka kreditləri 8%-lə təklif olunurdusa, 2018-ci ildə bir sıra banklar 7%-lə ipoteka kreditləri təklif ediblər. Güzəştli ipoteka üzrə faiz dərəcələri isə 4%-ə enib.

V.Bayramov qeyd edib ki, İpoteka Fondu 2018-ci ildən başlayaraq kredit faizlərinin bir qisminə zəmanət verilməsini həyata keçirir ki, bu da nəticə etibarilə faizlərə öz təsirini göstərir: 

“Bir müddət öncə ölkə prezidentinin tətbiq etdiyi yeni qaydalara əsasən, İpoteka Fondu kirayə evləri satın almağı təklif edəcək. Məsələn, əgər yasamal rayonunda İpoteka Fondunun aldığı mənzilin qiyməti 90 min manatdırsa bu fond tərəfindən 25 il müddətinə kirayə veriləcək və 90 min manat 25 il və ya 300 aya bölünəcək, aylıq ödəniş məbləği 300 manat müəyyənləşdiriləcək. Artıq adi ipoteka kreditlərində ilkin ödəniş var idisə, bu sistemdə ilkin ödəniş yox, 12 ayın haqqını öncədən ödənilməsi mexanizmi tətbiq olunacaq və vətəndaş 3600 manat ödəməklə mənzildə kirayişin kimi yaşamaq imkanı qazanacaq, aylıq ödənişləri isə İpoteka Fonduna ödəyəcək. Bu vətəndaşlara kirayə ödənişlərindən sonra həmin mənzilə sahib olmaq imkanı verəcək. 

Bu baxımdan 2018, o cümlədən 2019-cu ilin ilk ayı İpoteka Fondu ipoteka kreditləşməsinin təkmilləşdirilməsi  və yeni məhsulların, xidmətlərin təklif edilməsi ilə yadda qaldı. Nəticə etibarı ilə yeni məhsulların və xidmətlərin təklif olunması ipoteka kreditləşməsindən daha çox vətəndaşların faydalanmasına imkan verəcək”. 

Kredit faizləri yüksək olaraq qalır

Ekspertin sözlərinə görə, 2018-ci ildə kredit faizlərində azalmaların olmasına baxmayaraq, bu gün yenə də kredit faizləri yüksəkdir. Xüsusilə adi ipoteka üzrə faizin, eləcə də sosial ipoteka üzrə faizin endirilməsinə ehtiyac var, çünki sosial ipoteka özü büdcədən maliyyələşdirilən kreditdir:

“Biz əslində proqramın təkmilləşməsini, güzəştli ipoteka kreditlərində faiz dərəcəsinin 4%-dən 2%-ə endirilməsini də təklif edirik.  Baxmayaraq ki, 2018-ci ildə kredit faizlərində azalmalar oldu, amma bu gün yenə də kredit faizləri yüksəkdir. Xüsusilə adi ipoteka üzrə faizin, eləcə də sosial ipoteka üzrə faizin endirilməsinə ehtiyac var, çünki sosial ipoteka özü büdcədən maliyyələşdirilən kreditdir. Minimumlar müəyyənləşdirilib, amma bəzi hallarda kommersiya bankları 15% yox, 20-25% ilkin ödəniş tələb edirlər. Məsələn, 90 min manata mənzil alan 20 min manat ilkin ödəniş etmək məcburiyyətində qalır. Bu da gənc ailələrin ipoteka kreditlərindən yararlanmaq imkanlarını məhdudlaşdırır. Bu səbəbdən də ilkin ödənişlərin azaldılması, bu istiqamətdə addımların atılması çox vacibdir. Biz təklif etmişik ki, ilkin ödənişlərlə bağlı faizlər minimumla deyil, maksimumla müəyyənləşdirilsin. Bu banklara ilkin ödənişi artırmaq imkanı verməyəcək. Bu istiqamətə ayrılan vəsaitin həcminin də artırılması daha məqsədəuyğundur, xüsusən də güzəştli ipoteka kreditləşməsinə daha çox vəsaitin ayrılması lazımdır”.

Bankların şərtləri necədir?

Yeni qanuna əsasən, paytaxt banklarında dövlət proqramı çərçivəsində dövlət vəsaiti hesabına ipoteka krediti verilir. Qaydaların hamısı eynidir. Məsələn, Xalq Bank 150 min manata qədər pul verə bilər. Burada İpoteka Fondu tərəfindən verilən kreditin illik faiz dərəcəsi 7% olmaqıa (imtiyazlı kateqoriyada olanlar üçün illik 4%) 25 ili əhatə edir. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun hesabına, həm də güzəştli kreditlə satın alınan mənzilin dəyərinin 25%-i ilkin ödənişlə hesablanır.

“Amrahbank” eyni faiz dərəcəsi ilə 25 il müddətinə 150 min manata qədər pul verir. Əgər söhbət imtiyazlı kateqoriyadan gedirsə, kredit illik 4% olmaqla, maksimum 30 il müddətinə malikdir. Burada hər iki halda da ilkin ödəniş eynidir - 20%.

“Bank of Baku” tərəfindən azacıq fərqli şərtlər təklif olunur. Burada 150 min manatlıq dövlət ipotekası 25 il müddətinə , 7%-lə verilir, ilkin mənfəət isə 20% təşkil edir. Dövlət sosial ipotekası illik 4% və mənzil dəyərinin 25%-ni əhatə edir.

Beləliklə, məlum oldu ki, bizdə minimum ödənişlə ipoteka krediti verən çox az bank var. Ekspertin də qeyd etdiyi kimi,  sözügedən istiqamətlərdə təkmilləşdirilmə aparmaqla ipoteka kreditləşməsinin daha yaxşı vəziyyətə gətirmək mümkündür.

Züleyxa İsmayılova

Bakucity.az

İpoteka krediti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ən məşhur saat brendləri neçəyədir? 8 Mart – Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. Xüsusi günlərə olduqca əhəmiyyət verən qadınları bu özəl bayramda gözəl bir hədiyyə ilə xoşbəxt etmək, belə demək mümkünsə, kişilərin borcudur. Dəyərli kişilər, bir az sevgi, hörmət, şəfqət və əlbəttə, romantika əlavə etməklə, sevimli xanımların (sevgiliniz, həyat yoldaşınız, ananız, qızınız, bacınız, bibiniz, xalanız və s.) zamanını onlara hədiyyə etmək istəyirsin...
Cəmiyyət
Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz uzərinə götürüb Keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidenti...
Cəmiyyət
Bu, qonşu ölkədə koronavirusa ilk yoluxma halıdır Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusla gəlib. BakuCity.az-ın məlumatına götə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib. Mikroavtobu...
Cəmiyyət
Nazir aydınlıq gətirdi Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək: “Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq...
Siyasət
Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib. BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik...
Cəmiyyət
Virusun inkubasiya dövrü 14 günə qədərdir Fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar. Bu qurumların mətbuat xidmətlərindən BakuCity.az-a verilən birgə məlumata əsasən, araşdırma zamanı həmin...
Cəmiyyət
Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocasən qəsəbələrində formalaşır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova BakuCity.az-a bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən ç...
Cəmiyyət
Tətillərin müddəti də müəyyən edilib Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiq edib. BakuCity.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. Qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədr...
Cəmiyyət
Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytax...