Mehriban Əliyeva Bakıda uşaq mərkəzində olub - FOTO - bakucity.az

Mehriban Əliyeva Bakıda uşaq mərkəzində olub - FOTO

Mehriban Əliyeva uşaqlarla söhbət edib

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.

dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.

Müalicə üsulları ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.

Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək bacarıqlarını nümayiş etdiriblər.

Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib.

Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.

Bakucity.az

Mehriban Əliyeva
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
2 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Paytaxtın bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq Bakucity.az xəbər verir ki, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib. Bakucity.az
Hadisələr
Nərimanov rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Şəmsi Rəhimov küçəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.  Hadisədən sonra “Mersedes” yol kənarındakı işıq dirəyinə çırpılıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda sürücü uşaqları avtomobilin yük yerində daşıyıb Bakucity.az xəbər verir ki, Balaxanı-Binəqədi yolunda hərkət edən "90 KJ 378" dövlət qeydiyyatı nişanlı “Daweoo Damas” markalı avtomobilin yük yerində azyaşlıların daşınması böyük narazılıqla qarşılanıb. Avtomobilin heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan idarə olunması ilə sərnişinlərin həyatı təhlükəyə atılıb. (Report) Bakucity.az
Biznes
Paytaxda satılan ZAZ (“Zaparojest”) markalı avtomobil böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, 1984-cü il istehsalı olan qızılı rəngdəki "Zaparojest"in qiyməti 8 min manatdır.  Mexaniki sürət qutusuna malik avtomobilin əsas özəlliyi çox az sürülməsidir. Avtomobil əla vəziyyətdədir, heç bir problemi yoxdur.  Avtomobil haqda daha ətraflı məlumat almaq istəyənlər bu linkə daxil ola bilərlər: https://www.bakucity.az/auto/801 Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, iyulun 18-də Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olaca...
Hadisələr
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub Bakucity.az xəbər verir ki, “Meyvəli” meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarında kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.  Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili T...
Hadisələr
Paytaxtda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə Statistika dairəsi yaxınlığında, Nəriman Nərimanov küçəsində qeydə alınıb.  Qeyd edək ki, avtomobillərdən biri özəl şirkətə məxsus olub. (Trend) Bakucity.az
Cəmiyyət
Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi qadağandır Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.  Müraciətdə qeyd edilib ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Festi...
Hadisələr
Yol polisi süni tıxacla şübhəlilərin qaçmasına mane olub Bakucity.az xəbər verir ki, iyunun 7-də Bakıda güllələnən kriminal aləmin üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Görüntüdə yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma yer alıb.  Həmin görünütləri təqdim edirik: (Qafqazinfo.az) Bakucity.az