"Neftçi"nin qapıçısı bir ayadək sıradan çıxıb

"Neftçi"nin qapıçısı bir ayadək sıradan çıxıb

"Neftçi” futbol komandasının qapıçısı Aqil Məmmədov zədələnib. 

Bakucity.az xəbər verir ki, 30 yaşlı Aqil Məmmədovun son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlər qolkiperin 3-4 həftə müalicə olunacağına dair rəy veriblər. Qapıçı ancaq müalicə aldıqdan sonra məşqlərə davam edə biləcək.

Aqil Məmmədov "Neftçi"yə yanvarda "Qəbələ”dən transfer olunub.

Bakucity.az

"Nefçi"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər