Bakının musiqili teatrında bu həftə beş tamaşa izləniləcək

Bakının musiqili teatrında bu həftə beş tamaşa izləniləcək

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar izləniləcək.

Bakucity.az xəbər verir ki, bu həftə teatrda 2-si rus, 2-si Azərbaycan dilində olmaqla 4 səhnə əsəri təqdim olunacaq. Belə ki, teatrsevərlər fevralın 15-də “Qafqazlı qardaşqızı” (rus dilində) və “Molla Nəsrəddinin beş arvadı” tamaşalarına baxa biləcəklər.

Fevralın 16-da “Düyməcik”(rus dilində), 17-də isə “Meşə çaqqalsız olmaz” və “Baladadaşın toy hamamı” tamaşaları nümayiş olunacaq.

Bakucity.az

Tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər