Bakı ən romantik şəhərlərin ilk beşliyinə düşdü

Bakı ən romantik şəhərlərin ilk beşliyinə düşdü, Javid

Reytinq rus turistlərin internet-sorğusu əsasında tərtib olunub

Bakucity.az xəbər verir ki, Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub.

Bunu "TurStat" analitik agentliyi bildirib. Reytinq rusiyalı turistlərin iştirak etdiyi internet-sorğusu əsasında tərtib olunub.

İlk beşliyə həmçinin Gürcüstan paytaxtı Tbilisi, Qazaxıstanın paytaxı Astana, Belarus paytaxtı Minsk və Moldovanın Kişinyov şəhərləri daxil olub.

MDB-nin romantik şəhərləri sırasına həmçinin Bişkek və Almatı şəhərləri də daxil olub. (Trend)

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər