“Balaca şahzadə”nin premyerası təxirə salınıb

“Balaca şahzadə”nin premyerası təxirə salınıb, Javid

İctimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək

Premyerası fevralın 21-də Azərbaycan Dövlət Musiqili Teatrında nəzərdə tutulan Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası təxirə salınıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, beynəlxalq layihə kimi təqdim olunan tamaşanın premyera tarixi ilə bağlı ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcək.

Qeyd edək ki, əsərin süjet xəttində Balaca şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi həm də Musiqili Teatrın səhnəsində daha bir yenilikdir. Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Bakucity.az

“Balaca şahzadə”nin premyerası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər