Bakıda hava dəyişəcək: soyuqlar düşəcək

Umayra Tağıyeva: "Fevralın ikinci ongünlüyü soyuq olacaq, yağıntılar artacaq"

“Bu il fevral ayının birinci ongünlüyü nisbətən mülayim keçdi. Şimaldan arktik hava kütlələrinin müdaxiləsi, demək olar ki baş vermədi. Nəticədə havanın orta temperaturu çoxillik norma göstəricilərindən 2,8 dərəcə yüksək oldu. Lakin ikinci ongünlükdə hava şəraiti dəyişəcək”.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son onillikdə (2009-2018–ci illərdə) yalnız 4 il havanın orta aylıq temperaturu iqlim normasından aşağı olub: "6 il isə 1,4-2,6 dərəcə yüksək olub. Ən isti fevral ayı isə 2002-ci ildə qeydə alınıb (orta aylıq temperatur iqlim normasından 3,3° yüksək), havanın maksimal temperaturu fevralın 26-da müsbət 23,5°-dək yüksəlib. Müqayisə üçün demək olar ki, bu il fevralın ilk ongünlüyündə maksimal temperatur Bakıda 10-13 dərəcədən yüksək olmayıb. Qışda Abşeronun temperatur rejiminə Xəzərin yumşaldıcı effekti nəticəsində müsbət minimal temperaturlar üstünlük təşkil edir. Çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, Bakıda və Abşeron yarımadasında qış fəsli üçün orta minimal temperatur müsbət 3.2 0С təşkil edir.

Unikal səth örtüyü və coğrafi mövqeyi olan Abşeronda mənfi minimal temperaturlar və qarlı hava şəraiti o qədər də səciyyəvi deyil və əsasən Skandinaviya, Kars və Kontinental antisiklonların müdaxiləsi, bəzi hallarda Aralıq siklonları ilə bağlı olan soyuq hava cəbhələrinin keçməsi nəticəsində müşahidə edilir. Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, fevral ayı yanvar ayından soyuq olur”.

U.Tağıyevə payızda bu qışın sərt keçəcəyi ilə bağlı verilən proqnozlardan da danışıb:

"Noyabr ayında internet məkanında, həmişə olduğu kimi, “qış çox sərt keçəcək” proqnozlarına bizim şərhimiz fərqli oldu. Fevral ayına olan proqnozda isə “havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı” göstərilib. Müxtəlif mənbələrdən alınan, internet saytlarında və ya mobil telefonlarda olan hava proqnozları, bizim təşkilatın proqnozu, məhsulu deyil. Buna görə də, informasiya mənbəyi məlum olmayanda, dəqiq göstərilməyəndə, hörmətli oxucularımız bütün iradları bizə ünvanlayırlar. Rəsmi məlumatlarımız, o cümlədən aylıq proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Birinci ongünlükdən fərqli olaraq, artıq ayın ikinci yarısında ayrı-ayrı günlərdə havanın nisbətən soyuq keçəcəyi, arabir güclənən şimal küləyinin üstünlük təşkil edəcəyi, yağıntılı günlərin sayının artacağı gözlənilir”. (Publika.az)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
İşlər yaxın günlərdə yekunlaşacaq Azərbaycandakı mayaklardan ən hündürü Gürgən qəsəbəsi ərazisində yerləşən Abşeron mayakıdır. 1859-cu ildə Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində tikilən dəniz mayakı hazırda təmir olunur. BakuCity.az Azvision.az-a istinadən məlumat verir ki, təmir işləri mayakın daxilində və fasadında aparılır. Yaxın günlər ərzində işlərin yekunlaşacağı bildirilir. Qeyd edək ki, 25 metr hündürlüyündə orijinal konstru...
Cəmiyyət
Onlarla sahibkara ziyan dəyib Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib. BakuCity.az “Report”a istinadən yanğın ərazisindən videomaterialı təqdim edir. Həmçinin oxu: “Sədərək”də yanğın vaxtı bunu da etdilər - İDDİA Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə X...
Hadisələr
Bitişik ev yanğından mühafizə olunub Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində ev əşyaları 6 m² sahədə yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikili və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Cəmiyyət
Azərbaycan qızılından hazırlanan məhsullar bir ildir satışa çıxarılıb Fevralın 18-də “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib. BakuCity.az xəbər verir ki, görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi (DGK), “AzerGold” QSC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türkiyə və Özbəkistanın qiymətli metallar üzrə ixtisaslaşmış strukturlarının nümayəndələri və...
Hadisələr
Yanğın söndürülüb Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 12 m² olan otaqda ev əşyaları yanıb. Həmçinin oxu: Bakıda 17 mərtəbəli binada güclü yanğın - VİDEO Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən...
Hadisələr
Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Həmçinin oxu: "Sədərək"dəki güclü yanğının tüstüsü şəhərə belə yayıldı - FOTO + VİDEO Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində...
Cəmiyyət
"Qobu Park 3" yaşayış kompleksi tikilir Məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. BakuCity.az AzTV.az-a istinadən məlumat verir ki, bu çərçivədə Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bölgələrdə də yeni qəsəbələr inşa olunacaq. Paytaxtda yerləşən 2 universitetin yataqxanasında məskunlaşan məcburi köçkünlər isə yeni salınacaq yaşayış kompleksinə köçürüləcək. Belə ki, Yasamal rayonunda Azərbaycan Mema...
Hadisələr
Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri, Məmməd Araz küçəsi, 2 ünvanında qeydə alınıb. Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım...
Ekologiya
11 dərəcə isti olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralın 19-da paytaxtda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi...