"Multizavrlar. Sirli Ada" tamaşası Bakıda ilk dəfə göstəriləcək

"Multizavrlar. Sirli Ada" tamaşası Bakıda ilk dəfə göstəriləcək

Qonaqlar texnologiyanın köməyilə unudulmaz səyahətə çıxacaqlar.

Bakucity.az xəbər verir ki, aprelin 20-də, saat 12.00-da və saat 15.00-da Akademik Milli Dram Teatrının səhnəsində "Multizavrlar. Sirli ada" tamaşası nümayiş olunacaq.

Moskva Teatrının göstərəcəyi multimedia tamaşasında qonaqlar müasir texnologiyanın köməyi ilə unudulmaz səyahətə çıxacaq və real dinozavrları görmək imkanı qazanacaqlar. Tamaşa xüsusilə uşaqlara unudulmaz anlar yaşadacaq.

Biletləri şəhərin bütün kassalarından, "28 Mall" və "Ganjlik Mall", ASAN xidmət mərkəzlərindən, həmçinin  https://iticket.az/events/children/multizavry-tainstvennyi-ostrov saytından onlayn sifariş verməklə 20 AZN-ə əldə edə bilərsiniz.

Əlavə informasiya üçün bu nömrələrə zəng edin: +994 50 354-90-54 və +994 77 354-90-54

Bakucity.az

Multimedia
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər