Parisdə yaşayan yazıçının Bakıda imza günü keçirildi - FOTO

Parisdə yaşayan yazıçının Bakıda imza günü keçirildi - FOTO, Javid

Romanın Azərbaycan və fransız dillərində təqdimatı keçirilib

Bakucity.az xəbər verir ki, “TEAS Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “LİBRAFF” kitab mağazasında Fransada yaşayan həmyerlimiz, yazıçı Şain Sinarianın “İvon Bottonun arzuladığı həyat” sənədli bədii-romanının Azərbaycan və fransız dillərində olan təqdimatı keçirilib.

Nəşriyyat evinin əməkdaşı Aysel Zahidqızı Şain Sinaria yaradıcılığı və “İvon Bottonun arzuladığı həyat” kitabı haqqında ümumi məlumat verib. Daha sonra, müəllif özü çıxış edib. O, kitabın yazılma prosesi, fransız və Azərbaycan dillərində çapı və kitaba gələn reaksiyalar haqqında danışıb.

Kitabın hər iki ölkədə böyük rezonansa səbəb olduğunu, həm müsbət, həm də mənfi reaksiyalarla qarşılaşdığını deyən müəllif, hətta bəzi oxucuların bu hadisələrin yalan, şişirtmə olduğuna inandığını da vurğulayıb.

Çıxışlardan sonra müəllif qonaqlar üçün kitabını imzalayıb.

Bakucity.az

“TEAS Press”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər