Bu həftə Bakının Kukla Teatrında altı tamaşa göstəriləcək

Bu həftə Bakının Kukla Teatrında altı tamaşa göstəriləcək, Javid

Teatr maraqlı tamaşalarla balacaları sevindirəcək

Bakucity.az xəbər verir ki, A. Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.

Sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar fevralın 15-də “Maşa və Ayı”, “Durna balığı” (rus dilində) 16-da isə “Turp”, “Çipollino” (rus dilində) tamaşalarını izləyəcək.

Həmçinin, fevralın 17-də isə “Qırmızı Papaq” və “Qoğal”a (rus dilində) baxa biləcəklər.

Bakucity.az

Kukla Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər