Bakıda sevgilisini öldürən qadın: "Mənim namusuma toxunmuşdu"

"Qadın deyib ki, "məni al", lakin oğlan imtina edib"

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

G.Hüseynova özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra şahid qismində sahə müvəkkili, polis mayoru Müşviq Cabbarov ifadə verib. O söyləyib ki, hadisə günü efirdən məlumat verilib və olayın baş verdiyi otelə gedib: "Hər tərəf qan içərisində idi, qadını isə digər polis əməkdaşları çölə çıxarmışdı. Qadın isə həddindən artıq qorxurdu, əsirdi. O, "Ana-ana" deyə ağlayırdı. Sonra həkimlər gəldi, oğlanın öldüyünü dedilər. Mən də bu barədə qadına deyəndə o, yenidən ağladı. Həmin otaqda qanlı bıçaq stolun üzərinə qoyulmuşdu".

M.Cabbarovun sözlərinə görə, G.Hüseynovadan Vüqar Atakişiyevi nəyə görə öldürdüyünü soruşub: "Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olandan sonra sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozduğunu söylədi. Qadın da deyib ki, "məni al", lakin oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Evdən bıçaq gətirdiyini, sonuncu dəfə bu barədə söhbət edəcəyini bildirdi. Hələ oteldə iki dəfə də cinsi münasibətdə olublar, sonra oğlanın "yox" deməsindən sonra qadın onu öldürüb. Qadın mənimlə danışan zaman da oğlanı çox sevdiyini bildirirdi".

Digər şahid polis əməkdaşı Fuad Əliyev dindirilən zaman hotelin adminstratoru Ramil adlı şəxsin ona zəng edib, bıçaqlanma hadisəsi olduğunu deyib.

Polis əməkdaşı Ülvi Mirzəzadə isə qətl hadisəsini görən yeganə şahid olduğunu bildirib. Onun sözlərinə görə, həmin vaxt ora gələndə otağın qapısını sındırıb: "İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan da qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyarı bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Qadın şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı. O deyirdi ki, "mən onu sevirəm, ölməsin. Biz də qadını çölə çıxartdıq".

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub. (Report)

Bakucity.az

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az
Cəmiyyət
"Dedilər, hər evdən 3 manat yığırıq, ver" Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. BakuCity.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb. Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edirlər. Bu pul müqabilində onların mənzillərini...
Cəmiyyət
Səfirlik Azərbaycana viza verilməsini dayandırıb İrandan Azərbaycana gəlmək üçün turpaket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək məqsədilə hotellərə müraciət ediblər. BakuCity.az xəbər verir ki, bu barədə İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi "Sputnik Azərbaycan"a bildirib. O deyib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: "Onların çoxu 4 uld...
Cəmiyyət
İstiqamət dəyişdiriləcək Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov BakuCity.az-a bildirib ki, bu səbəbdən paytaxtda bəzi yollar bağlı olacaq. Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqəda...
Hadisələr
Bu avtobuslar hər gün əks yola çıxırlar Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb. Məlumata görə, video Xətai rayonu Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb. Göründüyü kimi, avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb: Qeyd olunur ki, 46 nömrəli m...