Bakıda "Duz, istiot zövqə görə" filmi nümayiş olunacaq

YARAT rejissor Teymur Hacıyevin 21 dəqiqəlik filmini göstərəcək

Bakucity.az xəbər verir ki, film dul qadın və onun iki övladı haqqındadır. Qəhrəmanlar bir evdə yaşasalar da, onların ruhu bir-birindən aralı düşüb. Kimsə gərək onların həyatını yaxşılığa doğru dəyişməyə cəhd göstərsin, amma, 3 nəfərdən heç biri, öz ağrısı ilə bölüşməyə hazır deyil...

Teymur Hacıyev (d.1982, Bakı) Bakı Dövlət Universitetində İqtisadi Kibernetika üzrə bakalavr və West Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnib. Kino sahəsinə gəlməmişdən öncə Azərbaycanda Marketinq Direktoru vəzifəsində bir neçə şirkətdə çalışıb. O, 2013-cü ildə "FIL PRODUCTION" şirkətini təsis edib. Teymur 2013-cü ilin sentyabrında özünün ilk "Yara" adlı qısa filmini tamamlamış və onun premyerası ABŞ-da "Palm Springs ShortFest" qısametrajlı film festivalında baş tutmuşdur. 2014-cü ilin avqustunda "Locarno Summer Academy" təlim proqramına qəbul olmuşdur. 2015-ci ilin martında o ikinci "Şanxay, Bakı” adlı qısa filmini çəkib, onun nümayişi isə Finlandiyada Tampere Film Festivalında həyata keçirilmişdir. Rejissorun sayca 3-cü ekran əsəri olan "Duz, istiot zövqə görə" filminin beynəlxalq premyerası bu yaxınlarda keçirilən Rotterdam Beynəlxalq Film Festivalında baş tutub. 

Film 19 fevral, 19:00 tarixində Azərbaycan dilində nümayiş olunacaq.

Giriş sərbəstdir.

Bakucity.az

Teymur Hacıyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıdakı lövhə biabırçı səhvlərə rəğmən hələ də dəyişdirilmir. Bakucity.az xəbər verir ki, söhbət Neftçilər prospektində (Qız Qalasının yanı) Fransanın Müqavimət Hərəkatının başçısı general Şarl De Qollun bir zamanlar qaldığı evin qarşısına vurulan lövhədən gedir.  Biabırçı səhvləri ilə sərt şəkildə tənqid olunan mərmər lövhə hələ də yenisi ilə əvəzlənməyib. Bakucity.az
Hakimiyyət
Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulacaq. Bakucity.az  xəbər verir ki, Prezident İham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoy...
Cəmiyyət
Bakı-Sumqayıt-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafiki dəyişib. Bakucity.az xəbər verir ki, aprelin 22-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Məlumatda qeyd edilib ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6...
Cəmiyyət
Bakıda bir sıra küçələrdə nişanlanma işləri aparılacaq. Bakucity.az xəbər verir ki, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək. Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və...
Cəmiyyət
Bakıda keçiriləcək "Formula 1" qran-prisində  maraqlı yeniliklər olacaq. Bakucity.az xəbər verir ki, yeniliklərdən biri də  yarışdan öncə sürücülərin paradı keçirilməsidir. Onlar yarış günü xüsusi xalça üzərində yürüş edəcək. Pilotları 25 rəqqas müşayiət edəcək. Azərbaycan Qran Prisinin 1001-ci yarış olması ilə əlaqədar xalçanın üzərində 1001 rəqəmi əks olunacaq.  Digər yenilik isə himnimizlə bağlıdır. Belə ki, himnimiz Bəyimxanım Vəliyeva və Nurlan Növrəs...
Hadisələr
Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb. Bakucity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvə...
İdman
Bakıda keçiriləcək paracüdo üzrə Qran-Prinin mükafat fondu bilinib. Bakucity.az xəbər verir ki, yarışın mükafat fondu 27 min 300 dollardır. Belə ki, birinci yer tutan idmançıya qızıl medal, diplom və 1000 dollar, ikinci yerin sahibinə gümüş medal, diplom və 500 dollar veriləcək.  Üçüncü pilləni tutan iki idmançının isə hər biri bir bürünc medal, diplom və 300 dollar alacaq. Tokio Paralimpiya Oyunlarına lisenziya verən yarışda qadınlar altı çəki dərəcəsi (-...
Biznes
Bakıda iki nazirliyin avtomobilləri hərrac yolu ilə satılacaq. Bakucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər. Hərrac mayın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək.   Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib. Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin “MTZ-80” markalı avtomobilin...
Biznes
Bu şirkətlərin səhmləri 2 manata satılır. Bakucity.az xəbər verir ki, 6 şirkət Bakı Fond Birjasında (BFB) listinqə qəbul edilib. 17 aprel 2019-cu il tarixində BFB-nin Listinq Komitəsinin qərarı ilə aşağıda göstərilən şirkətlərin qiymətli kağızları BFB-də Alternativ bazar seqmentində ticarətə buraxılıb: Bakucity.az