Prezident İlham Əliyev sərəncam imzalayıb
Bakucity.az xəbər verir ki, Prezident İlham Əliyev Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.
Rəvan Vaqif oğlu Həsənov bu günədək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunu əvəz edirdi. O, daha əvvəl Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Rəvan Həsənov 1989-cu ildə anadan olub və bu ilin iyul ayında 2-də 30 yaşını tamam edəcək
O, Bakı Dövlət Universitetinin və Çokaqo Kent-Hüquq Kollecinin məzunudur.
Bakucity.az