Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi keçirildi

Bakıda “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi keçirildi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılışı olub.

Bakucity.az xəbər verir ki, açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müsabiqənin 2012-ci ildən keçirildiyini bildirib: 

"Ümumilikdə, müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib və onlardan 529 nəfəri mükafatlandırılıb. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir". 

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Müsabiqə fevralın 14-də başa çatacaq.

Bakucity.az

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər