Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi

“Məsafədən müşahidənin əsasları”.

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirib. 

Seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmos-un nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər. 

Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə əməkdaşlığını davam etdirir və Ali Məktəbin tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar.

Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələsgərov və İsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.

Seminardan sonra Azərkosmos-un nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib.

Bakucity.az

BANM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər