Sumqayıt-Bakı sürət qatarı ölümə səbəb oldu

Sumqayıt-Bakı sürət qatarı ölümə səbəb oldu, Javid

Qadın qatar relsinin üzəri ilə işə gedirmiş

Bakucity.az-ın verdiyi xəbərə görə, hadisə fevralın 13-də səhər saat 07 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Xırdalan sakini, 1978-ci il təvəllüdlü Abbasova Roza Maşallah qızı "Çexkalon" adlanan ərazidə qatar relsinin üzəri ilə işə gedən zaman Sumqayıtdan Bakıya gələn "Ştabler" markalı sürət qatarı onu vurub və qadın hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bakucity.az

sürət qatarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər